Macarıstanın ilk universiteti

Kampus

Universitetin 10 müxtəlif yataqxanası var. Buradakı otaqlar həm öz hesabına, həm də təqaüdlə təhsil almağa gələn tələbələr üçün təklif olunur. Yataqxanalar universitetin müvafiq fakültələrinin yaxınlığında və Peç şəhərinin əsas yaşayış bölgələrində yerləşir. Yataqxanalardakı otaqlar daha çox cüt qalmaq istəyən tələbələr üçündür, tək otaqlar tələbələrə istisna hallarda verilir. Yataqxanalar 2 otaqdan ibarət olan mənzil tipli yaşayış evləri kimidir. Otaqlarda duş kabinələri var, bəzi otaqlarda kiçik mətbəx də olur. Otaqlarda mətbəx olmadıqda, hər mərtəbədə ümumi istifadə üçün mətbəx olur. Yataqxanadan asılı olaraq bir yaşayış yerində 4-6 tələbə də qala bilər. Tələbələr yataq dəstləri ilə təmin edilir və onlar daima təzələnir. Həmçinin, hər yataqxanada paltarları yumaq üçün xüsusi çamaşırxana var və tələbələr orada öz paltarlarını ödənişsiz yuya bilərlər. Bu yataqxanalar kifayət qədər ucuz (aylıq təxminən 100-120 avro) olduğundan yataqxanada otaq sifariş etmək üçün mümkün qədər tez bizə müraciət etməlisiniz.


Yataqxanalarda tələbə həyatı çox maraqlı və rəngarəngdir. Orada tez-tez oyunlar, şoular, yarışlar, sərgilər, konsertlər, peşəkar proqramlar təşkil edilir. Yataqxanaların infrastrukturu son illər daha da yaxşılaşıb və dəyişilib. Yataqxanalarda kiçik kitabxana və kompyuter otaqları var, binalarda ümumi otaqlar, kafelər, video və TV otaqlarından da istifadə etmək olar.


Kampusun fotolarına Facebook səhifəmizdəki albomda baxa bilərsiniz.