Peç Universiteti

Macarıstanın ilk universiteti

Peç Universitetinin (University of Pécs) Azərbaycan nümayəndəliyinin rəsmi veb-səhifəsinə xoş gəlmisiniz. Veb-saytı yaratmaqda məqsədimiz bu ali məktəbdə təhsil almaq istəyən şəxslərə universitet, onun kampusu, proqramları, tələbələrin təhsil xərcləri və qəbul qaydaları haqqında məlumat verməkdir. Ali məktəbdə təhsil almaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Universitetin Azərbaycan üzrə rəsmi nümayəndəsi kimi bu ali məktəbə qəbul qaydaları, sənədlərin hazırlanması, viza proseduru və digər Sizi maraqlandıran suallara cavab verməyə hazırıq.


Peç Universitetini tövsiyə etməyimizin səbəbləri:


1. Yerləşməsi:

- Ali məktəb Macarıstanın ən böyük şəhərlərindən 5-cisi olan Peç şəhərində yerləşir, bu şəhər 2010-cu ildə Avropanın Mədəni Paytaxtı seçilib;

- Peç şəhərində yaşayış xərclərinin kifayət qədər ucuzluğu (Budapeştlə müqayisədə təxminən 20-25% daha ucuzdur), ali məktəbin yataqxanasının gözəl və az büdcəli şəxslər üçün münasib olması.


2. Təhsil keyfiyyəti:

- "Oxford Europe Business Assembly" tərəfindən 2015-ci ildə ən yaxşı regional universitet adına layiq görülüb, bu baxımdan regionda olan digər bütün ölkələrin universitetlərini də qabaqlayıb;

- "Center for World Universities Ranking" (CWUR) reytinqinə əsasən fakültə əməkdaşlarının keyfiyyətinə görə dünyada 210-cu, təhsilinin keyfiyyətinə görə 355-cü, patentlərinə görə 373-cü, məzunlarının iş tapmasına görə 478-ci yerdə qərarlaşıb;

- Webometrics-ə əsasən Avropa Birliyində 341-ci yerdə qərarlaşıb;

- QS World University Rankings-də bir neçə ixtisas üzrə ilk 500 yeri (məsələn, English Language & Literature üzrə 151-200-cü yeri, tibb üzrə 201-250-ci yeri və s.) tutur.


3. Universitetin xüsusiyyətləri:

- Ali məktəb 1367-ci ildə yaradılıb və Macarıstanın ilk universiteti kimi tarixə düşüb;

- Universitetin 26 min tələbəsi, 2 minə qədər professor və müəllim heyəti var, bu da yerləşdiyi şəhərin əhalisinin təxminən 20%-nə bərabərdir;

- Ali məktəb 10 fakültə, 32 klinika, 10 yataqxana, çoxsaylı kitabxanaları, kompüter otaqları və digər bölmələri ilə ölkənin ən böyük ali təhsil müəssisələrindən biridir;

- Burada macar, ingilis və alman dillərində bir çox istiqamətlərdə (kimyadan tutmuş biznesə, psixologiyadan tutmuş hüquqa qədər) təhsil proqramları tədris olunur;

- Tələbələr bütün təhsil pillələri üzrə - hazırlıq (foundation), bakalavr (BA/BSc), magistratura (MA/MSc) və doktorantura (PhD, DLA) pilləsində təhsil ala bilərlər.


Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin prorektorundan aldığımız müsahibəni buradan oxuya bilərsiniz.

Desktop Site