Macarıstanın ilk universiteti

Sənəd qəbulu

Bu ilin sentyabrından bu ali məktəbdə təhsil almaq üçün artıq bəzi ixtisaslarda sənəd qəbulu bağlanıb, ona görə aşağıdakı sənədləri info@study-hungary.com ünvanına göndərməyə tələsməlisiniz. Ali məktəbə qəbul üçün tələbləri və sənədlərin ümumi siyahısını aşağıda qeyd etmişik. Seçilmiş ixtisasdan asılı olaraq ali məktəb əlavə sənədlər (məsələn, motivasiya, tövsiyə məktubu və s.) də tələb edə bilər.


Bakalavr proqramlarına qəbul üçün:
- doldurulmuş müraciət forması;
- attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə son 3 ildəki bütün dərslər üzrə qiymət cədvəlini (transkripti) ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;
- ingilis dilində CV;
- IELTS və ya TOEFL sertifikatı (əgər varsa). Heç bir dil sertifikatı olmayan şəxsləri bir çox ixtisaslara Skype müsahibəsi vasitəsilə qəbul edə bilirik;
- ümumvətəndaş (xarici) pasportun imza və foto olan səhifələrinin surəti;
- seçilən ixtisasdan asılı olaraq bizim ofisdə müxtəlif fənlərdən biri və ya bir neçəsi üzrə imtahandan keçmək də tələb oluna bilər.

Magistratura proqramlarına qəbul üçün:
- doldurulmuş müraciət forması;
- bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ bakalavrın son kursunda oxuyanlar bu sənədin əvəzinə bütün dərslər üzrə qiymət cədvəlini (transkripti) ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;
- ingilis dilində CV;
- IELTS və ya TOEFL sertifikatı (əgər varsa). Heç bir dil sertifikatı olmayan şəxsləri bir çox ixtisaslara Skype müsahibəsi vasitəsilə qəbul edə bilirik;
- ümumvətəndaş (xarici) pasportun imza və foto olan səhifələrinin surəti.


Doktorantura (PhD) proqramlarına qəbul üçün:
- Doktorantura üçün tələb olunan sənədlərin siyahısı magistratura ilə eynidir, lakin bakalavr diplomunun yerinə magistratura diplomu və bütün dərslər üzrə detallı transkripti (diploma əlavə qiymət cədvəli) ingilis dilinə tərcümə-təsdiq olunmuş formada təqdim edilməlidir. Hələ magistraturanın son kursunda oxuyanlar bu sənədin əvəzinə bütün dərslər üzrə qiymət cədvəlini (transkripti) ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;

- Bundan əlavə tədqiqat təklifi (research proposal) da təqdim olunmalıdır.


Qeyd. Sadalanan sənədlərdən başqa başqa hər ixtisas üçün əlavə olaraq müəyyən miqdarda sənədlərə baxılması rüsumu (application fee) da mövcuddur və onun məbləği ixtisasdan və fakültədən asılı olaraq dəyişir.